Reklam verin!
Qulluğum Hürriyyətimdir, Hürriyyətim İqtidarımdır!
                    
Atatürkün: “ölümümdən əlli il sonar açıqlayın” - deyə etdiyi  vəsiyyətin mətni ilə  prezidentlər Kənan  Evrən və Turqut Özəl tanış oldular. Vaxt 1988-ci ildə başa çatmışdı. Ancaq “zamanı deyil” deyilərək açıqlanmadı. Atatürkün sirli vəsiyyətində  nə deyilirdi?Atatürkün sirli vəsiyətinin 1988-ci ildə,  yəni Atatürkün ölümündən 50 il keçdikdən sonra açıldığı iddia edilir.

Prezident Kənan Evrən və o zaman baş nazir olan Turqut Özalın vəsiyyəti oxuduğu, ancaq buradakı fikirlərə “xalqın hələ hazır olmadığı” səbəbi ilə onun  açıqlanmasının təxirə salınması bildirilir. Beləliklə vəsiyyətin açıqlanmasına 25 illik qadağa qoyuldu.


Atatürkün  gizli vəsiyyətinin olması iddiası yeni deyil… Ancaq içində yazılanlar və nə üçün hələ də açıqlanmadığı doğrudan da sirrdir. Jurnalist Aytunç Altındala görə Atatürkün qeydlərində xilfətlə əlaqəli maraqlı fikirləri yer alır. Atatürk xilafəti bir şəxsin qismində deyil, bütün İslam ölkələrinin növbə ilə dəyişərək bir-birini əvəz etməsi ilə inkişaf etdirilə biləcəyini söyləmişdir. Bir başqa iddiaya əsasən vəsiyyətin mətnini  1958-ci ildə oxuyan Adnan Menderes özünün ölümü ilə nəticələnən  cümləni - “ Siz istəsəniz xilafəti geri gətirə bilərsiniz ”  bu məqsədlə söyləmşdir.

İslami Vatikan…


Atatürk bu gün İslam konfransı təşkilatının (İKT) ana xətlərini 1920-ci illərdə çizmişdir. Mustafa Kamalın beş güclü İslam ölkəsinin daimi şura (məclis) yaratmasını, bunların müəyyən edilmiş vaxtlarda əsas idarə etməni həyata keçirmək üçün növbəli şəkildə seşılmələri xüsusunda fikirləri olmuşdur. Mövzuyla əlaqəli mütəxəssislərə görə, Qərbin vatikanı var və bu, həm siyasi,  həm də sosial bir gücdür. Islam dünyasının isə bu gücü əksikdir. Bu, İslam ölkələrinin gücünü artıran bir şey olacaq.



Yaxşı,  Atatürk həqiqətən də bunu söylədimi və ya vəsiyyətində belə bir bölüm varmı?...


Atatürkün 1963-cü ildə Ankara universitetinin Basımevində basılan “Nutuk” adlı kitabının  490-cı səhifəsində bu ifadələri yer alır: “Ortaq münasibətləri qorumaq və bu münasibətlərin tələb etdiyi şərtlər daxilində birlikdə iş görməyi təmin etmək üçün əlaqədar müsəlman dövlətlərinin nümayəndələrindən bir məclis qurulacaqdır. Bu məclisin başçısı Birləşmiş Müsəlman Dövlətlərini təmsil edəcəkdir deyə qərar alınarsa,  o zaman istənərsə həmin Birləşmiş Müsəlman Dövlətinə xilafət adı verilər. Yoxsa, hər hansı bir müsəlman dövlətinin bir nəfərə bütün islam dünyasını idarə etmə səlahiyyətinin verilməsi ağıl və məntiqin heç bir zaman qəbul etməyəcəyi bir şeydir.”


Atatürk 1 noyabr 1922-ci il tarixində Məclisdə tərtib olunan gizli toplantıda nitq söyləmiş, xilafət ilə cumhuriyyətin bir arada var ola biləcəyini söyləmişdir. Həmçini,  Atatürk nitqində xilafəti TBMM-nin təmsil edəcəyini də vurğulamışdır.

Vəsiyyətdə nə var?


Əlbətdə,  bu yanaşma Atanın dini bir nizamdan çox siyasi və strateji bir nizam arzuladığını göstərir. Vəsiyyətdə belə bir bölümün olması aydın deyil. Ancaq vəsiyyətin geri qalanında nəyin olması daha mühimdir. Buna görə də bir az da gözləmək lazımdır. Amma vəsiyyətin də həqiqətən mövcud olması lazımdır.

 

www.azerimuslims.com 


Bookmark and Share

Açar sözlər:

Yazar: admin | Tarix: Avqust 16, 2007 9:08 | Maraqlı | Şərhlər(0) | Baxış sayı: 289

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha